...

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kollektivi “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisini ziyarət edib

15.07.2024

Görüş zamanı Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov 44 günlük müharibədən söz açaraq  bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Qazanılan qələbədə ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyükdür. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi.

Söhbət zamanı qazilər keçdikləri şərəfli döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Birliyin sədri Ceyhun Bayramov “Naxçıvan Qaziləri” İctimai Birliyinin fəaliyyət istiqaməti haqqında ətraflı məlumatlar verib.

Daha sonra qazilərin və veteranların icbari tibbi sığorta və xidmətlər zərfi ilə bağlı ünvanladığı suallar Agentliyin İdarə Heyətinin sədri Elnur İbrahimov tərəfindən cavablandırılıb.

Sonda sərgilənən eksponatlar barəsində məlumat verilib, xatirə fotosu çəkilib.