“Naxçıvan” Universitetində“ Heydər Əliyev-tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda çıxış edən məruzəçilər- Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Məmmədnağı Ələkbərov, Taleh Bağırov və Nazəni Rüstəmli Ümummilli Lider Heydər Əliyevin səhiyyə sahəsində gördüyü işlərin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, bu işlərin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənib.
Konfransın yekununda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.