...

“Facebook” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifəsi fəaliyyətə başlamışdır.

17.08.2023

“Facebook” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifəsi fəaliyyətə başlamışdır.

 

Avqust ayının 17-dən “Facebook” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifəsi fəaliyyətə başlamışdır.

Səhifəni yaratmaqda məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə Agentliyin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin Agentliyin fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.

Səhifədə Agentliyin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq.

Facebook istifadəçiləri yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/naxcivan.its