...

29 sentyabr Ümumdünya ürək günüdür

29.09.2023

Ürək- orqanizmin mühərrikidir. Yaşadığımız bir ömür boyu o dayanmadan, fasiləsiz döyünərək bizə həyat bəxş edir. Ona görə də bu həyati vacib orqanı qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Bu işdə bizə yardımçı olan yüksəkixtisaslı həkimləri – kardiocərrahları, kardioloqları və invaziv kardioloqları Dünya Ürək Günü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.

Yadda saxlayın: Kardioloji xəstəliklərin müayinə və müalicəsi Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır.