...

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil edilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda iştirak ediblər

05.10.2023

Oktyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil edilən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sərgi-satışda iştirak etmiş və bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Heydər Əliyev Sarayında istedadlı qadınların və məhdud fiziki imkanlıların əl işlərindən ibarət sərgi-satışa ictimaiyyət nümayəndələri ilə yanaşı, ayrı-ayrı idarələrin də marağı böyükdür.

 Agentliyin kollektivinə sərgi-satışa çıxarılan əl işləri və rəsm əsərləri barədə geniş məlumat verilib. Bildirilib ki, sərgi-satışa şəhər və rayonlarda yaşayan istedadlı qadınlar, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, Heydər Əliyev Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvləri, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimləri, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar, fiziki imkanları məhdud şəxslər və məhkum qadınların əl işlərindən ibarət yaradıcılıq nümunələri çıxarılıb.

Agentlik əməkdaşları muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələrinə xüsusi maraq göstərib, fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların əməyini yüksək qiymətləndirib, sərgi-satışla yaxından tanış olub və müxtəlif  hədiyyəlik əl işləri alıblar.

 

                              Naxçıvan Muxtar Respublikası İcbari Tibbi

                                                                                                                                                                       Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti