...

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində maarifləndirici tədbir keçirilib

16.11.2023

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirci tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov açmışdır.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin səhiyyə sisteminə göstərdiyi qayğıdan, səhiyyə və tibbi sığorta sahəsindəki fəaliyyətlərindən, “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu”, “Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin taariflərindən və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən söhbət açılmışdır.

Bildirilmişdir ki, muxtar respublikanın bütün ərazisində icbari tibbi sığorta tətbiq edilir və vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə sığorta hadisəsi baş verdiyi zaman “Xidmətlər Zərfi” çərçivəsində istədiyi dövlət tibb müəssəsinə müraciət edərək tibbi xidmətlərdən ödənişsiz yararlana bilər. Naxçıvan Muxtar Respublikasında hazırda icbari tibbi sığorta mexanizmlərinin formalaşdırılması, tibb sahəsi üzrə kadr potensialının artırılması, tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, əhalinin tibbi xidmətlərə bərabər şərtlərlə əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.

Agentliyin əməkdaşı Təranə Abbasova tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla məlumat verilmiş, icbari tibbi sığortaya dair videoçarx nümayiş etdirilmiş və suallar cavablandırılmışdır.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindən bəhs edən qısametrajlı videoçarxını izləmişlər.

 

                                           Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

                                           Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti