Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları şəhid baş leytenant Qasımov İbrahim Malikəjdər oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı Agentliyin İdarə Heyətinin sədri Elnur İbrahimov şəhid Qasımov İbrahim Malikəjdər oğlu ilə xatirələrindən söz açıb. O bildirmişdir ki, Qasımov İbrahim Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları qəhrəmancasına yerinə yetirmişdir.
Xatırladaq ki, Qasımov İbrahim Malikəjdər oğlu 1992-ci il yanvarın 29-da Naxçıvan şəhərində anadan olmuşdur. O, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır.
2020-ci ildə II Qarabağ müharibəsində Şuşa, Suqovuşan, Kəlbəcərin azad olunması medalları ilə təltif edilib.
20 sentyabr 2023-cü ildə antiterror əməliyyatı zamanı Ağdamda aldığı güllə yarası ilə qəhrəmancasına şəhid olmuşdur.