...

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

23.04.2024

2024-cü il 23 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Agentliyin şöbə müdiri İsmayıl Səfərov icbari tibbi sığortanın tətbiq olunmağa başlamasından bugünədək qarşılanan tibbi xidmətlərin sayının 3 dəfə artmasından, xidmətlər zərfinin təkmilləşməsindən, tibbi xidmətlərin əhaliyə vaxtında göstərilməsi və keyfiyyətinin artırılmasında əsas istiqamət sayılan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. 
Çıxışı zamanı İ.Səfərov vurğulayıb ki, sevindirici haldır ki, bu gün icbari tibbi sığorta bütün ölkədə tətbiq olunur və artıq vətəndaşlarımız tibbi xidmətlərdən rahat şəkildə istifadə edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin artırılması səhiyyə islahatlarının tərkib hissəsidir. 
Agentliyin əməkdaşı Gülxatun Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir. 
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.