İcbari Tibbi Sığorta nədir?

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. İcbari tibbi sığorta ilkin olaraq Sədərək rayonunda pilot layihə şəklində həyata keçirilmişdir. Hazırda icbari tibbi sığorta muxtar respublikanın bütün ərazisində tətbiq olunur.

Vətəndaşlar icbari tibbi sığorta haqqında nələri bilməlidir?

İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır;

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilər?

  • Təcili və təxirəsalınmaz tibbi yardım;
  • İlkin səhiyyə (ailə həkimi) xidməti;

İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərəcək?

Xəstəliklərin erkən mərhələdə aşkar edilməsi ilə daha ağır mərhələyə keçidinin qarşısı alınacaq.

Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalı, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olan şəxslərdir.

Ağciyər xəstəlikləri

Ağciyər Xəstəlikləri zamanı başlıca astma, bronxit, sinədə su toplanması, nəfəs darlığı, kist, vərəm, soyuqdəymədən meydana gələr....

Ağız və diş sağlamlığı

Ağız və diş sağlamlığı, ümumi sağlamlığımızın çox əhəmiyyətli bir parçasıdır. Daimi aparılan çürük müalicələri və dişdaşı təmizliy...

Böyrək xəstəlikləri

Böyrək xəstəliklərinin çoxu bilinənin əksinə son dərəcə hiyləgər və ağrısız inkişaf edir. Xalq arasında ümumi olaraq sidiyin qanlı...

Dəri xəstəlikləri

Sayılmayacaq qədər çox dəri xəstəliyi vardır. Dəri xəstəliklərinə ümumi olaraq dermatoz adı verilir. Dəri xəstəlikləri haqqında üm...

Endokrin sistem

Endokrin sistem daxili ifrazat vəzlərinin meydana gətirdiyi bir sistemdir. Daxili sekresiya vəziləri hormon sintez və sekresiyası ...

Göz xəstəlikləri

Katarakt: Katarakt göz obyektinin dəyişik səbəblərlə şəffaflığını itirərək işıq keçirməz bir vəziyyətə gəlməsidir. Ən çox rast gəl...

Həzm sistemi xəstəlikləri

Gastrit: Mədənin daxili səthindəki mukozatəbəqəsinin iltihablanması qastrit xəstəliyinə səbəb olur.   Xora: Mukoza təbəqəsinin aşı...

İnfeksiyon xəstəlikləri

Gündəlik həyat içərisində müxtəlif səbəblərdən ötəri xəstə olunduğu zaman, ümumiyyətlə infeksiya anlayışı istifadə edilməkdədir. İ...

Qulaq, Burun, Boğaz

Qulaq, Burun, Boğaz mütəxəssisi qulaqlar, burun, boğaz və baş-boyunla əlaqədar strukturların tibbi və cərrahi müalicəsi ilə məşğul...

Sinir sistemi xəstəlikləri

Sinir sistemi içində beyin, beyincik, onurğa iliyi, baş beyin  sinirləri və ətraf sinirləri var. Sinir sistemində ortaya çıxan pro...

Ürək və damar xəstəlikləri

Ürək problemləri, ürəyə zərər verən qidaların və içkilərin çox istehlak edilməsinin nəticəsidir.   Spirt: Həqiqətən bütün ziyan ve...

Uşaq xəstəlikləri və qorunma üsulları

Uşaq Xəstəlikləri və Qorunma Üsulları   Uşaq Xəstəlikləri Nələrdir? Körpələrdə və uşaqlarda bədən istiliyinin yüksəlməsi.Bədən ist...

Ən çox verilən suallar

İcbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı vətəndaşın xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək mümkündür. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Agentliyin müqavilə bağladığı istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.

Xidmətlər Zərfi - icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxildir.

Xəbərlər

NAXÇIVAN FOTOŞƏKİLLƏRDƏ