Qulaq, Burun, Boğaz

Qulaq, Burun, Boğaz mütəxəssisi qulaqlar, burun, boğaz və baş-boyunla əlaqədar strukturların tibbi və cərrahi müalicəsi ilə məşğul olan həkimdir. Qulaq, burun, burun keçid, sinuslar, qırtlaq, ağız boşluğu, üst udlaq ilə üz və boyunda iştirak edən strukturların (boyun kütlələri, tiroid, tüpürcək vəziləri kimi) xəstəliklərinin müalicəsi Qulaq Burun Boğaz hissəsinin əhatəsindədir.

 

Qulaq:

Bir Qulaq, Burun, Boğaz mütəxəssisinin unikal maraq sahəsi qulaqlardır. Bu isə eşitmə pozğunluqları, qulaq infeksiyaları, müvazinət pozğunluqları, üz siniri və ya baş siniri pozğunluqları və eyni zamanda xarici qulaq və daxili qulağın anadangəlmə xəstəlikləri və xərçənglərinin tibbi və cərrahi müalicəsini əhatə edir.

 

xəstəlikləri:

   - Qulaq zingildəməsi

   - Qulaq Kiri (Buşo)

   - Seröz otit

   - Xarici Qulaq Yolu İltihabı

   - Kəskin Orta Qulaq İltihabı

   - Eşitmə itkisi

 

Burun:

Burun boşluğu və sinusların baxımı, Qulaq,Burun,Boğaz mütəxəssisinin ilk vəzifələrindən biridir. Burun boşluğu, paranasal sinuslar, allergiya, qoxu hiss etmə və burun tənəffüs pozğunluqları və burunun xarici görünüşü ilə əlaqədar pozuqluqlar Qulaq,Burun,Boğaz uzmanlığının maraq dairəsidir.

 

xəstəlikləri:

   - Ətrlər Alma pozğunluqları

   - Rhinolight

   - Burun estetikası - Rinoplasti

   - Sinüzit (Kəskin, Xroniki)

 

Boğaz:

Qulaq, Burun, Boğaz uzmanlığına xüsusi olaraq bu ixtisas sahəsinə qırtlaq və üst tənəffüs və həzm yolu və ya həzm borusu xəstəliklərinin müalicəsi girər. Bunun içində də səs, tənəffüs və udma ilə əlaqədar pozğunluqlar vardır.

 

xəstəlikləri:

   - Yuxu apnesi

  - Farenjit

  - badamcıq əməliyyatı

  - Xoruldama

  - tonsilit

 

Baş və boyun:

Qulaq, Burun, Boğaz mütəxəssisləri Baş və boyun bölgəsinin infeksiya xəstəlikləri, şişləri (xəbis və səlim), üz travması və yüz deformitelerinin müalicəsi üçün eğitilmişlerdir. Kosmetika, plastik və təmir cərrahiyyəsi tətbiqlərini edərlər.

 

Bir Qulaq, Burun, Boğaz mütəxəssisi digər tibbi və cərrahi uzmanlıklardaki həkimlərlə birlikdə işləyə  bilər. Kəllə qutusu xəstəliklərinin müalicəsində beyin cərrahları, kosmetik və travmatik deformasiya müalicəsində plastik cərrahlar, göz yaxınındakı struktur anormallıqların müalicəsində göz həkimləri, çənə və diş travmalarının müalicəsində ağız cərrahları, sinus xəstəliklərində allergiya, dəri xərçəngi müalicəsində dermatolog, baş boyun xərçəng müalicəsində onkologlar, uşaq və ümumi cəmiyyətin ümumi infeksion, anadangəlmə, travmatik və xəbis xəstəlik və pozğunluqların müalicəsində pediatr və ailə həkimləri ilə ortaq müalicələr həyata keçirələr.