...

“İcbari tibbi sığortanın əhalinin sağlamlığında rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib.

24.06.2023

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “icbari tibbi sığortanın əhalinin sağlamlığında rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açmışdır.
Agentliyin direktoru Elnur ibrahimov Ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi qayğıdan bu istiqamətdəki nailiyyətlərdən danışıb və bildirib ki vətəndaşlar muxtar respublikada Agentliyin müqavilə bağladığı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki 21 tibb müəssisəsində xidmətlər zərfi ilə müəyyən olunan 2550 adda tibbi xidmətdən ödənişsiz olaraq istifadə etmək hüququna malikdirlər.  İyun ayının 6-dan müvafiq qərara əsasən vətəndaşlar ambulator tibbi xidmət üçün tibb müəssisələrinə tibbi xidmətə göndəriş vərəqəsi almadan yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər. 
23 iyun Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə İcra hakimiyyətinin əməkdaşlarını təbrik etmişdir.
Agentliyin əməkdaşı Nazəni Rüstəmli daha sonra icbari tibbi sığortadan istifadə qaydaları haqqında ətraflı məlumat vermiş və suallar cavablandırılmışdır