...

“Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin tabeliyindəki Culfa Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətdə hesabatlılığın formalaşması ilə bağlı təlim keçirilmişdir

19.07.2024

“Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin tabeliyindəki Culfa Rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tibbi xidmətdə hesabatlılığın formalaşması ilə bağlı təlim keçirilmişdir.

Tədbiri Culfa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəramət Şirinov açaraq tədbirin keçirilməsinin zəruriliyi və məqsədlərindən danışmışdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Səhiyyə və tibbi statistika şöbəsi”nin “Göndərişlər” sektorunun müdiri Cavid Qasımov çıxış edərək bildirmişdir ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində sığortaolunanlara göstərilən tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir.
      İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları həkimlərin hesabatlarında olan nöqsanları əyani şəkildə ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini həkimlərin nəzərinə çatdırmışdır.

Tibbi iqtisadi-ekspertiza qaydaları qanunvericiliyə uyğun olaraq təqdimat şəklində tədbir iştirakçılarına izah edilmişdir. Bildirilmişdir ki, yekun olaraq hesabatın formalaşması həkimlərin sosial müdafiəsinin daha da yaxşılaşmasına, eyni zamanda öz işlərinə daha həvəslə yanaşmalarına, həmçinin tibbi xidmətlərin keyfiyyətinin artmasına xüsusi təkan verəcəkdir.
       Sonra tibb işçilərinin tam məlumatlanması və hesabatlarda olan nöqsanların tamamilə aradan qaldırılması üçün Agentliyin əməkdaşları tərəfindən fərdi qaydada həkimlərə təlim keçirilmiş və suallar cavablandırılmışdır.