İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur Ibrahimov Şərur rayonunda həmin rayonun sakinlərini qəbul edib. Agentliyin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 10 rayon sakinin müraciəti diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Qəbul zamanı araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.