...

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları sərgi-satış yarmarkasına baxış keçiriblər

17.10.2024

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar  rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasına baxış keçiriblər.

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov və Agentliyin əməkdaşları  Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasına baxış keçiriblər.

Yarmarkada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər rayonlar, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmlər və əl işləri nümayiş olunub.