...

Culfa rayonunda vətəndaş qəbulu həyata keçirilib

29.10.2024

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov və Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin icraçı direktoru Vüsal Məmmədov Culfa Rayonunda birgə vətəndaş qəbulu həyata keçiriblər.

Qəbul saatından öncə Culfa şəhərindəku Heydər Əliyevin abidəsini ziyarət edən rəhbərlər ulu öndərin əziz xatirəsini hörmətlə yad etmişdir.

Müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.