...

Kəngərli rayonunda birgə vətəndaş qəbulu həyata keçirilib

23.12.2024

Dekabr ayının 23-də Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Elnur İbrahimov və Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin icraçı direktoru Vüsal Məmmədov Kəngərli rayonunda birgə vətəndaş qəbulu həyata keçiriblər.

Qəbul saatından öncə hər iki qurumun rəhbəri və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Kəngərli rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək ulu öndərin əziz xatirəsini hörmətlə yad etmişlər.

Müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.