Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov açmışdır.
Agentliyin direktoru Elnur ibrahimov Ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi qayğıdan bu istiqamətdəki nailiyyətlərdən danışıb və bildirib ki vətəndaşlar muxtar respublikada Agentliyin müqavilə bağladığı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki 21 tibb müəssisəsində xidmətlər zərfi ilə müəyyən olunan 2550 adda tibbi xidmətdən ödənişsiz olaraq istifadə etmək hüququna malikdirlər. İyun ayının 6-dan müvafiq qərara əsasən vətəndaşlar ambulator tibbi xidmət üçün tibb müəssisələrinə tibbi xidmətə göndəriş vərəqəsi almadan yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.
Agentliyin əməkdaşı Nazəni Rüstəmli daha sonra icbari tibbi sığortadan istifadə qaydaları haqqında ətraflı məlumat vermiş və suallar cavablandırılmışdır