Fevral ayının 13-ü Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov və Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin icraçı direktoru Vüsal Məmmədov Şərur rayonunda vətəndaşları qəbul ediblər.
Qəbuldan öncə hər iki qurumun rəhbəri və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Ümummilli Lider Heydər Əliyevin Şərur Rayon İcra Hakimiyyəti binasının qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Şərur Regional Tibb Mərkəzində vətəndaş qəbulu həyata keçirilib.
Qəbul zamanı qeydiyyatdan keçən 30 vətəndaşın müraciəti dinlənilib, onların araşdırılması və həll olunması istiqamətində müvafiq tapşırıqlar verilib
.jpeg)