İcbari tibbi siğorta ilə bağlı maarifləndirmə təlimlərinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib.
7 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı iştirakçılara icbari tibbi sığortadan istifadə qaydaları və xidmətlər zərfi haqqında geniş məlumat verilib.
Görüş Agentliyin əməkdaşları tərəfindən sualların cavablandırılması ilə davam edib.