...

“Naxçıvan Muxtar Respublika Xəstəxanası”PHŞ-nin iclas zalında tibbi xidmətdə hesabatlılığın formalaşması ilə bağlı təlim keçirilib.

08.04.2025

“Naxçıvan Muxtar Respublika Xəstəxanası”PHŞ-nin iclas zalında tibbi xidmətdə hesabatlılığın formalaşması ilə bağlı təlim keçirilib.

İcbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrinin hesabat üzrə məsul şəxslərinə təlim keçirilib

Tədbiri Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinin Səhiyyə və tibbi statistika şöbəsini müdiri Aytən Rzayeva açaraq tədbirin keçirilməsinin zəruriliyi və məqsədlərindən danışmışdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə və tibbi statistika şöbəsinin Ekspertiza sektorunun baş məsləhətçisi Gunay Eminova çıxış edərək bildirmişdir ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində sığortaolunanlara göstərilən tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları iştirakçılara tibb müəssisələrinin hesabatlarında olan nöqsanları əyani şəkildə ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini nəzərə çatdırmışdır.

Tibbi iqtisadi-ekspertiza qaydaları qanunvericiliyə uyğun olaraq təqdimat şəklində tədbir iştirakçılarına izah edilmişdir. Bildirilmişdir ki, yekun olaraq hesabatın formalaşması həkimlərin sosial müdafiəsinin daha da yaxşılaşmasına, eyni zamanda öz işlərinə daha həvəslə yanaşmalarına, həmçinin tibbi xidmətlərin keyfiyyətinin artmasına xüsusi təkan verəcəkdir.