Qəbul saatından öncə İdarə Heyətinin sədri Elnur İbrahimov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Babək rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini hörmətlə yad etmişlər.
Müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
