...

İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbirlər davam edir

10.09.2025

10 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

“Sağlam həyat tərzinin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda təşkil olunan tədbirdə çıxış edən nümayəndələr tibbi xidmətlərə əlçatanlığın artırılması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və sağlam cəmiyyətin qurulması baxımından icbari tibbi sığortanın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbir zamanı iştirakçılara icbari tibbi sığortadan istifadə qaydaları barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.