25 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən mədəniyyət müəssisələrinin əməkdaşları üçün “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və ondan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Agentliyin əməkdaşı Gülxatın Zeynalova icbari tibbi sığortadan istifadə qaydaları ilə bağlı təqdimatla çıxış edib. Daha sonra Agentliyin əməkdaşı Zərifə Sadıxova icbari tibbi sığortanın əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasında və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünün azaldılmasında mühüm rolunu vurğulayıb. O bildirib ki, bu sistem vətəndaşların rifahına yönəlmiş sosial siyasətin əsas istiqamətlərindən biridir
