...

Agentliyin kollektivi tərəfindən şəhid İslam Eyvazovun və Miryasin Seyidovun ailələri ziyarət edilib

27.09.2025

Agentliyin İdarə Heyətinin sədri Elnur İbrahimov və bir qrup əməkdaşı tərəfindən Naxçıvan şəhərinin Qaraxanbəy kəndində şəhid Eyvazov İslamın, İdarə Heyəti sədrinin müavini və bir qrup əməkdaşı Culfa rayonunun Əbrəqunus kəndində şəhid Seyidov Miryasinin ailələrini ziyarət ediblər.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun göstərdiyi igidliklərdən və şəhidlərin keçdiyi şanlı zəfər yolundan bəhs edilib.
Qeyd olunub ki, işğaldan azad edilən torpaqlarda həyata keçirilən abadlıq və quruculuq işləri, xalqımızın birliyi və həmrəyliyi qəhrəman şəhidlərimizin əziz xatirəsini daim yaşadacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!