...

İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri davam edir.

21.10.2025

21 oktyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Babək şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Görüş zamanı Agentliyin əməkdaşı Zərifə Sadıxova çıxış edərək tədbir iştirakçılarına bildirib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac vardır. Qeyd olunmuşdur ki, icbari tibbi sığorta sisteminin tətbiqinin vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar.

Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir. Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.