...

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

30.10.2025

Oktyabrın 30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov “Gələcəyə tərəf” devizi altında keçirilən tədbirin rəsmi hissəsində iştirak edib.

Sammitin keçirilməsində məqsəd əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.