...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları üçün "İcbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib

03.07.2023

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov açmış və tibbi sığortanın əhalinin sağlamlığında rolunu yüksək qiymətləndirmişdir.
Agentliyin direktoru Elnur ibrahimov səhiyyə sahəsinə göstərilən qayğıdan bu istiqamətdəki nailiyyətlərdən danışıb və bildirib ki vətəndaşlar muxtar respublikada Agentliyin müqavilə bağladığı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki 21 dövlət tibb müəssisəsində xidmətlər zərfi ilə müəyyən olunan 2550 adda tibbi xidmətdən ödənişsiz olaraq istifadə etmək hüququna malikdirlər. İyun ayının 6-dan müvafiq qərara əsasən vətəndaşlar ambulator tibbi xidmət üçün tibb müəssisələrinə tibbi xidmətə göndəriş vərəqəsi almadan yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.
Agentliyin əməkdaşı Nazəni Rüstəmli daha sonra icbari tibbi sığortadan istifadə qaydaları haqqında ətraflı məlumat vermiş və suallar cavablandırılmışdır.
daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və quruculuğundan bəhs edən video çarx izlənilib.