İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində görüş keçirilib. Görüşdə nazir vəzifəsini müvəqqəti icra edən Rəşadət Nabatovla səhiyyə sahəsində görülən işlər müzakirə olunub. Zaur Əliyev, həmçinin Naxçıvan Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub, tibb müəssisəsində göstərilən xidmətlərin mövcud vəziyyəti ilə bağlı məlumat alıb.