Fevral ayının 16-da Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov Culfa rayonunda vətəndaş qəbulu həyata keçirib.
Qəbul saatından öncə İdarə Heyətinin sədri Elnur İbrahimov və Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova Culfa rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini hörmətlə yad etmişlər.
Müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
