11 may tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İcbari tibbi sığortanın banisidir" mövzusunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Tibb Kollecinin direktoru Sona Məmmədova açmışdır.
Daha sonra Agentliyin direktoru Elnur İbrahimov çıxışında İcbari Tibbi Sığorta, Səhiyyə və tibbi təhsil istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan siyasət və həyata keçirilən tədbirlər haqqında ümumi məlumat vermiş, Ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən video-rolik izlənilmişdir.
Daha sonra tədbir iştirakçılarına Agentliyin əməkdaşları tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında slaydlarla geniş məlumat verilmiş və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.