...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində maarifləndirici tədbir keçirilib

11.10.2023

11 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov açmışdır. Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov çıxışında Ümummilli lider Heydər Əliyevin səhiyyə sisteminə göstərdiyi qayğıdan, səhiyyə və tibbi sığorta sahəsindəki fəaliyyətlərindən, “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş Qərarla yenilənmiş “Xidmətlər Zərfi”nin üstünlüklərindən və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən danışmış, idman sahəsində qazanılmış uğurlara görə nazirliyin kollektivini təbrik etmişdir.

Daha sonra tədbir iştirakçılarına Agentliyin əməkdaşı Təranə Abbasova tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat verilmiş, video çarxlar izlənilmiş və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.