...

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Azərbaycana həsr etdiyi 20 il

14.10.2023

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində “Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Azərbaycana həsr etdiyi 20 il” adlı tədbir keçirilmişdir.

Tədbir ilk olaraq Azərbaycan Respublikasının quruculuğunda və inkişafında müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Çıxış edənlər Möhtərəm Prezident, cənab İlham Əliyevin ötən 20 il ərzində çoxşaxəli və yorulmaz fəaliyyətini, sosial-iqtisadi və hərbi sahələrdə əldə olunan nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin prezidentliyi dövrü fəal diplomatik əlaqələrin qurulması nəticəsində ölkəmizin beynəlxalq aləmdə imicinin artması, beləliklə, müstəqil respublikamızın milli səviyyədən regional, hətta qlobal miqyasa yüksəlməsilə xarakterizə olunur. 

Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Digər sahələrlə yanaşı səhiyyə sahəsində yaradılan inkişaf, səhiyyə infrastrukturunun yaxşılaşdırılması, respublikanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılması və uğurla davam etdirilməsi cənab Prezidentin misilsiz və yorulmaz fəaliyyətinin nəticəsidir.

Həmçinin 27 sentyabr 2020-ci il tarixində başlayan və cəmi 44 gün davam edən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, böyük siyasi zəkası və Azərbaycan ordusunun şücaəti ilə parlaq qələbəni xalqımıza bəxş etdi və 30 illik vətən həsrəti sona çatdı.

 Çıxış edənlər  cənab Prezidenti təbrik etmiş, ona  möhkəm can sağlığı və yorulmaz fəaliyyətlərində uğurlar arzulamışdır.