Diabet xəstəlik deyil, həyat tərzidir! Diabetlə yaşayan şəxslər sağlam həyat sürməli,hərəkətdə olmalı və qida rasionuna diqqət etməlidir.
Diabet - mədəaltı vəzinin yetərli miqdarda insulin sintez etməməsi və ya normal sintez olunan insulinin hüceyrələr tərəfindən mənimsənilə bilməməsi nəticəsində qanda qlükozanın miqdarının artması ilə müşayiət olunur.
Diabetin 4 növü (şəkərli diabet tip 1, şəkərli diabet tip 2, gestasional (hamiləlik) diabeti və spesifik tip diabet) mövcuddur.
Diabetin əlamətlərinə halsızlıq, yorğunluq hissi, sürətli və istəksiz bədən çəkisinin azalması, bulanıq görmə, ayaqlarda uyuşma, keylik şəklində rahatsızlıq hissi, yaraların gec sağalması, poliuriya (tez-tez sidik ifrazı), polidipsiya (susuzluq hissi) və s. aid edilir”.
Vətəndaşlar xəstəliyin profilaktikası üçün bədən çəkisini normada saxlamalı, qidalanma rejimində karbohidratların istifadəsini azaltmalı, günlük aktiv həyat tərzinə diqqət etməli və stresdən qorunmalıdır:
“Sözügedən xəstələr mütəmadi olaraq həkimləri ilə əlaqədə olmalıdır. Eyni zamanda onlar müalicələrini vaxtlı-vaxtında almalı, sağlam həyat tərzi və qidalanma rejiminə də ciddi əməl etməlidirlər”. Qeyd edək ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.