...

İcbari tibbi sığorta üzrə maarifləndirmə tədbirləri davam etdirilir.

22.11.2023

22 noyabr 2023-cü il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Arxiv İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov açmış və tədbirin əhəmiyyətini və məqsədini qeyd etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov Ümummilli lider Heydər Əliyevin səhiyyə sisteminə göstərdiyi qayğıdan, səhiyyə və tibbi sığorta sahəsindəki fəaliyyətlərindən, “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu”, “Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin taariflərindən və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlər barədə geniş məlumat vermişdir. 
Bildirilmişdir ki, muxtar respublikanın bütün ərazisində icbari tibbi sığorta tətbiq edilir və vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə sığorta hadisəsi baş verdiyi zaman “Xidmətlər Zərfi” çərçivəsində istədiyi dövlət tibb müəssisəsinə müraciət edərək tibbi xidmətlərdən ödənişsiz yararlana bilər. Naxçıvan Muxtar Respublikasında hazırda icbari tibbi sığorta mexanizmlərinin formalaşdırılması, tibb sahəsi üzrə kadr potensialının artırılması, tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, əhalinin tibbi xidmətlərə bərabər şərtlərlə əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.
Agentliyin əməkdaşı Təranə Babayeva tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla məlumat verilmiş, icbari tibbi sığortaya dair videoçarx nümayiş etdirilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindən bəhs edən qısametrajlı videoçarxını izləmişlər.