Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Təranə Babayeva Naxçıvan radiosunun canlı efirində "Baxış bucağı" verilişinin qonağı olub. Verilişdə icbari tibbi sığorta, ondan istifadə qaydaları, tibbi xidmətlərdən ödənişsiz istifadə, “Xidmətlər Zərfi” və s. mövzularında söhbət açılmış və canlı yayıma qoşulan vətəndaşları maraqlandıran suallar cavablandırılıb.