...

Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində maarifləndirici tədbir keçirilib

22.01.2024

22 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirib ki, Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatlar, yenidən qurulan tibb müəssisələri Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə olduğunu göstərir. Maddi-texniki bazanın gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin artırılması səhiyyə islahatlarının tərkib hissəsidir. Bütün bu işlər isə Azərbaycan vətəndaşının rifahına, sağlamlığının qorunmasına xidmət edir.
İ.Səfərov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə danışmışdır.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.