16 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Babək Rayon Uşaq Musiqi Məktəbində "Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ələsgər Cəlilzadə açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirdi ki, XX əsrin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi kursunu onun layiqli varisi - İlham Əliyev bu gün uğurla davam etdirir. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasətinin ardıcıllığını təmin edərək onun bərqərar etdiyi dövlət müstəqilliyini gücləndirmiş, Azərbaycanı həm daxili, həm də xarici siyasətdə böyük zirvələrə yüksəltmişdir. Bu gün Azərbaycanda bütün sahələrlə yanaşı, səhiyyə sistemi də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ən müasir texniki avadanlıqla təchiz edilmiş yeni xəstəxana və poliklinikaların açılması bütövlükdə tibb sahəsinə, burada çalışan insanlara göstərilən diqqətin bariz nümunələridir. Dövlətimizin başçısının səhiyyə sahəsində imzaladığı sənədlər, aparılan genişmiqyaslı islahatlar insan sağlamlığına verilən əhəmiyyətin əyani ifadəsidir.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti