...

İcbari tibbi sığortanın maarifləndirici tədbirləri fevral ayında davam etdirilib.

28.02.2024

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Cari ilin fevral ayı ərzində aşağıdakı qurumlarda tədbirlər keçirilib:

 -   Babək Rayon Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbi
 -   Babək Rayon Uşaq Musiqi Məktəbi
 -   Babək Rayon Zeynəddin Kənd Uşaq Musiqi Məktəbi
 -   Babək Rayon Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbi
 -   Babək Rayon Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbi

Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu, icbari tibbi sığortadan istifadə qaydaları haqqında məlumat verilmiş, icbari tibbi sığortaya dair videoçarxlar nümayiş etdirilmiş və suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti