...

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

03.04.2024

2024-cü il 2 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə bildirilib ki, icbari tibbi sığortanın tətbiqi və bu istiqamətdə yaradılan strukturların fəaliyyəti nəticəsində, təkcə insanların keyfiyyətli tibbi xidmət alması baxımından deyil, eyni zamanda müasirtipli və standartlara cavab verən sağlamlıq ocaqlarının yaradılması, onların ən yeni lazımi tibbi avadanlıqlarla və yüksəkixtisaslı tibb personalı ilə təmin olunması baxımından da, öz müsbət nəticəsini verməkdədir. 
Daha sonra Agentliyin əməkdaşı Gülxatun Zeynalova icbari tibbi sığorta sistemi, onun mahiyyəti, “Xidmətlər Zərfi” çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə geniş təqdimat edib. 
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.