...

“Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib

20.06.2023

19 iyun tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi və Naxçıvan Müəllimlər İnstitunun birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu və tibbi sığortadan istifadə qaydaları” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitunun rektoru Azad Novruzov açmışdır. Daha sonra Agentliyin direktoru Elnur İbrahimov çıxışında Ümummilli Lider Heydər Əliyevin səhiyyə sisteminə göstərdiyi qayğıdan,səhiyyə və tibbi sığorta sahəsindəki fəaliyyətlərindən və “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi  sığortanın rolu” mövzusunda danışmışdır.Daha sonra tədbir iştirakçılarına Agentliyin əməkdaşı Nazəni Rüstəmli tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında slaydlarla məlumatlar verilmiş, video çarxlar izlənilmiş və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.