...

9 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

07.05.2024

2024-cü il 7 may tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 9 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Agentliyin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirib ki, icbari tibbi sığorta Azərbaycanın səhiyyə sektorunun inkişafında və müasir dövrün tələblərinə uyğun surətdə dəyişməsinə, tibbi xidmətlərin keyfiyyətinə nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərinə əlçatanlılığının təmin edilməsinə şərait yaradır. Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq və əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. 
Qeyd olunmuşdur ki, icbari tibbi sığorta sistemində vətəndaşlara “Xidmətlər Zərfi” üzərindən 3315 xidmət göstərilir. Vətəndaşlar müraciət etdikləri zaman xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən yararlanırlar.  
Daha sonra Agentliyin əməkdaşı Gülxatun Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir. 
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.