Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət və rəhbərlik etdiyi dövlət orqanlarının (qurumlarının) 2024-cü ildə muxtar respublikanın rayonları üzrə keçirəcəyi vətəndaş qəbulunun Qrafikinə əsasən iyunun 13-də Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov tərəfindən Babək rayonunda vətəndaş qəbulu keçirilib. Əvvəlcə Agentliyin İdarə Heyətinin sədri Elnur İbrahimov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Babək şəhərində ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstünün və Şəhidlər Memorial Abidə Kompleksinin önünə gül-çiçək dəstələri düzərək, onların əziz xatirələrini dərin ehtiramla yad etmişlər. Qəbul zamanı müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.