Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Vətən Müharibəsinin şəhid leytenantı Emin Sadiqovun ailəsini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov görüş zamanı 44 günlük müharibədə müzəffər ordumuzun göstərdiyi qəhrəmanlıqdan söz açıb. Elnur İbrahimov qeyd edib ki, xalqımız öz qəhrəmanlarını heç zaman unutmur və onların əziz xatirəsini daim ehtiramla yad edir. Həmçinin dövlətimiz, ölkə rəhbərliyi şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə daim xüsusi həssaslıq və qayğı ilə yanaşır. Onların rahatlığının təmin edilməsi üçün hər cür şərait yaradılır.
Sonra Vətən müharibəsi şəhid leytenantı Emin Sadiqovun anası Gülşad Rüstəmova oğlu ilə bağlı xatirələrini bölüşüb.Onun keçdiyi şərəfli döyüş yolundan danışıb.
Xatırladaq ki, leytenant Emin Sadiqov Vətən müharibəsi zamanı 27 oktyabr 2020-ci il tarixdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və anadan olduğu Şahbuz rayonunun Şahbuzkənd kəndində dəfn olunub.
O, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif olunub.