...

Diqqət! Göndəriş vərəqəsi olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə dövlət tibb müəssisəsinə müraciət oluna bilər

12.06.2023

🔷Sığortaolunanlar Agentliklə müqaviləsi olan istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə ambulator tibbi xidmət üçün müraciət edə bilərlər.
🔷İcbari tibbi sığortanın muxtar respublikada tətbiqinin təkmilləşdirilməsi və tibbi xidmətlərə vətəndaşların bərabər şərtlərlə əlçatanlığının təmin olunması məqsədilə ambulator tibbi xidmət almaq üçün göndəriş vərəqəsi verilməsi ləğv olunub.
🔷Belə ki, vətəndaş tibb müəssisəsinə müraciət edərkən yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə ambulator tibbi xidmətlərdən xidmətlər zərfi çərçivəsində ödənişsiz olaraq istifadə edə biləcək.
🔷Həmin tibb müəssisəsində vətəndaşa ehtiyac olan laborator ve funksional diaqnostik (Kt, Mrt, Usm, Rentgen və s.) müayinələr üçün müraciət etdiyi ixtisaslı həkimin göstərişi olmalıdır.
🔷Tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən planlı ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsi tələb olunur.