...

Diqqət! Göndəriş vərəqəsi olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə dövlət tibb müəssisəsinə müraciət oluna bilər

12.06.2023

🔷Sığortaolunanlar Agentliklə müqaviləsi olan istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə ambulator tibbi xidmət üçün müraciət edə bilərlər.
🔷İcbari tibbi sığortanın muxtar respublikada tətbiqinin təkmilləşdirilməsi və tibbi xidmətlərə vətəndaşların bərabər şərtlərlə əlçatanlığının təmin olunması məqsədilə ambulator tibbi xidmət almaq üçün göndəriş vərəqəsi verilməsi ləğv olunub.
🔷Belə ki, vətəndaş tibb müəssisəsinə müraciət edərkən yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə ambulator tibbi xidmətlərdən xidmətlər zərfi çərçivəsində ödənişsiz olaraq istifadə edə biləcək.
🔷Həmin tibb müəssisəsində vətəndaşa ehtiyac olan laborator ve funksional diaqnostik (Kt, Mrt, Usm, Rentgen və s.) müayinələr üçün müraciət etdiyi ixtisaslı həkimin göstərişi olmalıdır.
🔷Tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən planlı ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsi tələb olunur.

Agentliklə müqavilə bağlayan dövlət tibb müəssisələrinin siyahısı:

1.    Naxçıvan Muxtar Respublika Xəstəxanası
2.    Naxçıvan Diaqnostika Müalicə Mərkəzi
3.    Naxçıvan MR Kardiologiya Mərkəzi
4.    Şərur Rayon Mərkəzi Xəstəxanası
5.    Yoluxucu Xəstəliklər Mərkəzi
6.    Sədərək Rayon Mərkəzi Xəstəxanası
7.    Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası
8.    Ə.Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanası
9.    Naxçıvan MR Perinatal Mərkəz
10.   Culfa Rayon Mərkəzi Xəstəxanası 
11.   Cəhri Qəsəbə Sahə Xəstəxanası
12.   Nehrəm Qəsəbə Sahə Xəstəxanası
13.   Babək Rayon Mərkəzi Xəstəxanası
14.   Aralıq Kənd Sahə Xəstəxanası
15.   Ağciyər Xəstəliklər Dispanseri
16.   Kəngərli Rayon Mərkəzi Xəstəxanası
17.   Şahbuz Rayon Mərkəzi Xəstəxanası
18.   Ordudad Rayon Mərkəzi Xəstəxanası
19.   Ordubad Rayon Uşaq Xəstəxanası
20.   Şərur Rayon Uşaq Xəstəxanası
21.   Naxçıvan şəhər Təcili Tibb Mərkəzi