Həzm sistemi xəstəlikləri

Gastrit: Mədənin daxili səthindəki mukozatəbəqəsinin iltihablanması qastrit xəstəliyinə səbəb olur.

 

Xora: Mukoza təbəqəsinin aşınarak yaraların əmələ gəlməsi isə xoraya səbəb olur. Bu yaralar mədədə ağrılara səbəb olur.

 

Mədə çəngi: Stress, kədər kimi səbəblər mədə əzələlərində qısa və ya uzun fasilələrlə və normalın xaricində sıxılmalara səbəb olur. Bu sıxılmalar əsnasında mədədə ağrılar yaranır. Buna mədə çəngi deyilir.

 

Həzm sistemi xəstəlikləri

 

Serroz: Qaraciyər hüceyrələrinin pozulması ilə qaraciyər kiçilir. Bu vəziyyət qaraciyərin vəzifəsini həyata keçirə bilməməsinə səbəb olur. Bu xəstəliyə serroz deyilir. Serrozun ən əhəmiyyətli səbəbi spirtli içkilərin həddindən artıq istifadəsidir.

 

İshal: Bağırsaq iltihabları, zəhərlənmələr və qidalanma pozuğunluqları ishala səbəb olur. Ishalı olan xəstə nəcis ilə birlikdə bol miqdarda su və mineralı də çölə atır. Bədənin su və mineral tarazlığı pozular.

 

Qəbizlik: Selülozlu qidaların kifayət qədər və nizamlı olaraq yeyilməməsi, nizamlı tualet vərdişisahibi olmama və s. qəbizlik səbəbidir. Tez-tez hamilə qalmaq və çox sayda aybaşı olmas da qadınlarda qəbizliyə səbəb olur.

 

Reflü: Reflü xəstəliyi mədə möhtəviyyatının yemək borusuna geri qaçmasıdır. Turşulu mədə möhtəviyyatının yemək borusuna gəlməsi və uzun müddət təmas etməsiylə, yemək borusunun mədə turşusundan özünü qoruma xüsusiyyəti yox olar.

 

İnsanın həyat tərzində aparacağı bəzi tənzimləmələr reflüks xəstəliyinin inkişafını dayandıra bilər. Məsələn yatarkən bədənin üst qismi ilə başın yüksəkdə olmasını təmin etməli, yatmadan 2 saat əvvəl qidalanmamalı, yeməklərdən sonra bir müddət yatmamalı və ya uzanmamalı, siqaret və spirt istifadə etməməli, kolalı içkilər, qəhvə, şokolad, yağlı, acılı, ədviyyatlı yeməklərdən qaçınmalı, qarın bölgəsini sıxan paltarlardan qaçınmalı, bir dəfədə çox yemək yerinə, tez-tez və az miqdarda yemək seçilməli və nizamlı idman edərək və balanslı bəslənərək artıq çəkidən qorunmalıdır.