...

İcbari tibbi sığortanın maarifləndirici tədbirləri davam edir

01.02.2024

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Cari ilin yanvar ayı ərzində aşağıdakı qurumlarda tədbirlər keçirilib:

 

Ø Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi

Ø Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi

Ø Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi

Ø Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbi

Ø Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi

Ø Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi

   Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu, icbari tibbi sığortadan istifadə qaydaları haqqında məlumat verilmiş, icbari tibbi sığortaya dair videoçarxlar nümayiş etdirilmiş və suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti